Bakıda hava çiskinli olacaq
Bakı və Abşeron yarımadasında martın 2-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA TV-yə verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Cənub küləyi əsəcək.
Havanın temperaturunun gecə 2-5, gündüz 8-13 dərəcə, Bakıda gecə 3-5, gündüz 11-13 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi qərb rayonlarında yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5, gündüz 11-16 dərəcə, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.