Binəqədidə təkər oğruları tutuldu
Binəqədi polisi avtomobil təkərlərini oğurlayan şəxsləri həbs edib.
APA TV-nin məlumatına görə, Binəqədi Rayon Polis İdarəsinə ərizə ilə müraciət edən vətəndaş rayon ərazisindən ona məxsus "Hyundai Elantra" markalı minik avtomobilinin 4 ədəd təkərinin oğurlandığını bildirib.
Daxil olan müraciət əsasında əməliyyat axtarış tədbirlərinə başlayan Binəqədi RPİ-nin əməliyyatçıları tez bir zamanda həmin oğurluq hadisəsini törədən şəxsləri müəyyən edərək saxlayıblar. Onlar paytaxt sakinləri - 24 yaşlı Əflatun Xəlilov və 32 yaşlı Babək Ağali oğlu Mirzəyevdir.
Hər 2 şəxs dindirilərkən törətdikləri oğurluq cinayətini etiraf ediblər. Oğurlanan təkərlər Babək Mirzəyevin həyətindən götürülərək sahibinə qaytarılması üçün 5-ci polis bölməsinə gətirilib.
Faktla bağlı başlanan cinayət işi üzrə araşdırmalar davam edir.