DAHA BİR AVTOBUS QƏZASI: 88 və 120 saylı avtobuslar toqquşdu!
Bakıda iki sərnişin avtobusu toqquşub. APA TV-nin məlumatına görə, hadisə noyabrın 12-də saat 09.00 radələrində Bakı-Salyan şossesinin Səbail rayonu ərazisindən keçən hissəsində, Səbail Rayon Polis İdarəsinin Yol Polisi Bölməsinin qarşısında baş verib. Bakının mərkəzinə doğru hərəkət edən 88 və 120 saylı marşrut avtobusları toqquşub. 88 saylı xətt üzrə həkət edən avtobus dayanacağa yaxın yerdə arxadan 120 saylı sərnişin avtobusuna çırpılıb. Nəticədə bir neçə nəfər xəsarət alıb. Hadisə yerində araşdırma aparılır. İlkin ehtimala görə qarşıda hərəkət avtobus dayanaçağa catdığı zaman sürət həddini azaldaraq əyləcə basıb. Arxadan gələn sərnişin avtobusu isə ara məsafəsi saxlamadığından toqquşma baş verib.