Qarabağda erməni zabitlər həbs edildi
Dağlıq Qarabağda hərbi hissə komandirinin müavini və ərzaq təminatı xidmətinin rəisi saxlanılıb.
APA TV-nin erməni mətbuatına istinadən verdiyi məlumata görə, hərbi hissə komandirinin müavini V.Petrosyan və xidmət rəisi E.Aleksanyan vəzifə səlahiyyətlərini aşmaqda ittihamı olunur.
Sözügedən şəxslər barəsində həbs-qətimkan tədbiri seçilib.