Bağdadi vida nitqi söylədi: "Məğlub olduq"
İŞİD lideri Əbubəkr əl-Bağdadinin tərəfdarlarına vida müraciəti yayımlanıb.
APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, müraciətində o, sonuncu döyüşlərdə məğlub olduqlarını etiraf edib.
Əl-Bağdadi eyni zamanda İraq və Suriyadakı silahdaşlarını dağlıq bölgələrdə gizlənməyə çağırıb.
Qeyd edək ki, hazırda İŞİD-in baş terrorçusunun olduğu yer barəsində heç bir məlumat yoxdur.