Dollar və rublun kursu dəyişmədi, avro ucuzlaşdı

Azərbaycan Mərkəzi Bankı fevralın 24-ü üçün dolların rəsmi məzənnəsini açıqlayıb.

 

APA TV-nin məlumata görə, dolların rəsmi məzənnəsi dəyişməyərək 1,7515 manat səviyyəsində müəyyən olunub.

 

Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası azalaraq 1,8449 manat olub.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1513 manatdır. Beləliklə, funt sterlinqin də məzənnəsində azalma baş verib.

 

Rusiya rublunun məzənnəsi dəyişməyib, Türkiyə lirəsi ucuzlaşıb, Gürcüstan larisi isə bahalaşıb. Hazırda 1000 rubl 30 manat 10 qəpik, 100 lirə 47 manat 89 qəpik, 100 lari isə 71 manat 56 qəpikdir.
 

Azərbaycan Mərkəzi Bankı rəsmi məzənnələri həftə içi hər gün açıqlayır. Həftəsonu isə üçgünlük məzənnə açıqlanır.

Müəllif | Apa.Tv
Ayşən Əhməd