60 yaşlı QADIN ÇAYDA BOĞULDU

Zaqatalada 60 yaşlı qadın çayda boğulub. Zaqatala Mərkəzi Rayon Xəstəxanasından APA TV-yə verilən məlumata görə, rayonun 1 nömrəli fındıqçılıq sovxozunda yaşayan, 1953-ci il təvəllüdlü Xasiyeva Elminaz  Feyzullah qızının meyiti yaxın qohumları tərəfindən xəstəxanaya gətirilib. Araşdırma zamanı məlum olub ki, Elminaz Xasıyeva yaşadığı evin yaxınlığından axan çaya yıxılaraq boğulub. Xəstəxanadan APA TV-yə bildirilib ki, Elminaz Xasiyeva son zamanlar epilepsiya xəstəliyindən əziyyət çəkirmiş.

 

Faktla bağlı Zaqatala rayon Prokurorluğunda araşdırma aparılır.

Müəllif | Apa.Tv
Vüqar Heydərov