Bakıda külək əsəcək, bölgələrdə yağış yağacaq
Bakı və Abşeron yarımadasında martın 3-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA TV-yə verilən məlumata görə, havanın temperaturunun gecə 5-7, gündüz 10-14 dərəcə, Bakıda gecə 5-7, gündüz 11-13 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi qərb rayonlarında yağıntılı olacağı ehtimalı var.
Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 3-7, gündüz 11-16 dərəcə, dağlarda gecə 0-5, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.