Ağcabədidə faciə: KANALA DÜŞƏN 7 YAŞLI OĞLANIN MEYİTİ ÇIXARILDI

Ağcabədinin Taxta Körpü qəsəbəsində 7 yaşlı uşaq su kanalına düşərək ölüb. Kanalda boğulan uşaq əslən Laçın rayonunun Ərdəşəvi kəndindən olan İbrahimov Zamiq Bəhlul oğludur. Uşaq məskunlaşdığı köçkün obasının yaxınlığından keçən su kanalına düşüb. Valideynləri onun suya düşməsindən çox gec xəbər tutduqlarına görə, azyaşlını xilas etmək mümkün olmayıb. APA TV-nin xəbərinə görə, onun meyiti bir neçə saatdan sonra tapılaraq valideynlərinə təhvil verilib.

Faktla bağlı Laçın Rayon Prokurorluğunda araşdırma aparılır.

Müəllif | Apa.Tv