Mxitaryan yaralanan erməni hərbçilərə yardım edəcək
"Mançester Yunayted" klubunda çıxış edən Ermənistan yığmasının kapitanı Henrix Mxitaryan yaralı erməni hərbçilərinə yardım kampaniyasına qoşulub.
APA TV-nin məlumatına görə, bu barədə futbolçu "Facebook" səhifəsində yazıb.
"Tibb universitetinin təşəbbüsünə qoşuluram. Mən yaxınlarımı 8 martda məhz bu açıqcalarla təbrik edəcəyəm".
Xatırladaq ki, aksiyada 8 martla bağlı yaralı erməni hərbçilərinin hazırladığı açıqcalar satılacaq. Əldə olunan vəsait Ermənistanda əlil olmuş hərbçilər müalicə olunacağı Reabilitasiya Mərkəzinin inşasına xərclənəcək.