YENƏ ZƏNCİRVARİ QƏZA: Üç maşın bir-birinə dəydi

Hacıqabul rayonunun Pirsaat kəndi ərazisində naməlum yük maşınından yola tökülən mişar daşları avtomobillərin intensiv hərəkət etdiyi magistral yolda qəzaya səbəb olub. APA TV-nin xəbərinə görə, sürətlə hərəkətdə olan 3 müxtəlif markalı avtomobil yola tökülmüş daşlara çırpılıb və daha sonra bir-birlərinə dəyib. Xoşbəxtlikdən xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.
 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır. Yük maşınının axtarılaraq tapılması istiqamətində tədbirlər görülür.

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı