Məhkəmə Hüsnü Mübarəkə bəraət verdi
Misirin sabiq prezidenti Hüsnü Mübarək bəraət alıb.
APA TV-nin Rusiya mətbuatına verdiyi məlumata görə, müvafiq qərar Kassasiya Məhkəməsi tərəfindən verilib.
Hüsnü Mübarək 2011-ci ildə dövlət çevrilişi ilə hakimiyyətdən uzaqlaşdırılıb. O, 2012-ci ildə ömürlük həbs cəzasına məhkum edilib.
Hüsnü Mübarək 30 il hakimiyyətdə olub.