Moskvada SOYDAŞIMIZ amansızlıqla QƏTLƏ YETİRİLİB
Moskva şəhərinin qərb hissəsində Azərbaycan vətəndaşının meyiti tapılıb. “RİA Novosti”nin yaydığı xəbərə görə, noyabrın 12-nə keçən gecə polisə Bryanskaya küçəsi, ev 3 ünvanında bir nəfərin bıçaq zərbəsi ilə yaralandığı haqda məlumat daxil olub. Hadisə yerinə gedən hüquq-mühafizə orqanlarının əməkdaşları üzərində çoxsaylı xəsarət olan kişi meyiti aşkarlayıblar. İlkin araşdırma nəticəsində müəyyən edilib ki, öldürülən şəxs 1971-ci il təvəllüdlü Azərbaycan vətəndaşıdır.
Fakt üzrə cinayət işi qaldırılıb.