Kirayədə yaşadığı evdən 15 kq narkotik tapıldı
Biləcəri qəsəbəsində kirayədə yaşayan Məhəmməd Hacıyevdən ümumi çəkisi 15 kiloqrama yaxın narkotik vasitə aşkar edilərək götürülüb.
APA TV-nin məlumatına görə, Hacıyev saxlanılan zaman onun üstündən 45,610 qram tiryək və 4,47 qram qurudulmuş marixuana tapılıb.
Yaşadığı evə baxış zamanı isə 10 kiloqramdan artıq marixuana və 4 kiloqram 610 qram tiryək aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.