Bağdadinin əmisi oğlu belə ələ keçdi - HƏBS ANI
Mosul əməliyyatında iştirak edən İraq federal polisi Əbubəkr əl-Bağdadinin qardaşını ələ keçirib. APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, o şəhərin qərb məhəllələrində ələ keçib.
Yerli Al-Sumariyya telekanalı məlumat verir ki, saxlanılan şəxs İŞİD liderinin qardaşı yox, əmisi oğludur.
Onun hansı şəraitdə yaxalanmasının görüntüləri də yayımlanıb.
Adı açıqlanmayan şəxs bu yaxınlarda İraq ordusunun İŞİD-dən təmizlədiyi Cosak bölgəsində tutulub.
Qeyd edək ki, bu yaxınlarda İŞİD lideri tərəfdarlarına müraciət edərək məğlub olduqlarını etiraf edib.