Şirvanda avtomobil piyadanı vurub öldürdü, sürücü qaçdı
Şirvanda avtomobil piyadanı vuraraq öldürüb. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, daha sonra sürücü avtomobillə birlikdə hadisə yerindən qaçıb.
Hadisə gecə saat 1.30 radələrində Şirvan şəhərinin T.İsmayılov küçəsində qeydə alınıb. Şirvan sakini, 1955-ci il təvəllüdlü Rüstəm Qardaş oğlu Abışov yolu keçərkən naməlum avtomobil tərəfindən vurulub. 62 yaşlı piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Hazırda hüquq-mühafizə orqanları piyadanı vurub hadisə yerindən qaçan sürücünün saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirir.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.