Rəqqa mühasirəyə alındı
Suriya Demokratik Qüvvələri İŞİD-in Rəqqadan çıxa biləcəyi sonuncu yolu da ələ keçirib.
APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, hazırda ABŞ tərəfindən dəstəklənən, kürd və ərəblərdən ibarət döyüşçülər Deyr-əz-Zor əyalətinə aparan əsas yola tam nəzarət edir.
Qeyd edək ki, 2013-cü ildən İŞİD-in əlində olan Rəqqanın azad edilməsi üzrə əməliyyat 5 noyabr gecə saatlarından başlayıb.