PYD türk ordusunu bombaladı, yaralılar var
PYD-nin silahlı qanadı YPG Əl-Babda türk hərbçilərə hücum edib.
APA TV-nin məlumatına görə, Menbiçdən atılan raket zərbəsi nəticəsində 4 hərbçi yaralanıb. Yaralı hərbçilərdən biri helikopterlə Qaziantepə, üçü isə ambulansla Kilis Dövlət Xəstəxanasına çatdırılıb. Onların vəziyyətinin normal olduğu bildirilir.
Hadisə hərbçilərin Əl-Bab şəhərinin ətrafındakı düzənliklərdə xidməti vəzifələrini yerinə yetirərkən baş verib.
Türkiyə Silahlı Qüvvələri Menbiçdəki YPG hədəflərini atəş zərbəsi endirərək məhv edib.