Rusiyada azərbaycanlı alimentin əvəzini cins şalvarla ödəyib - SƏRGÜZƏŞT
Kurqan vilayətində azərbaycanlı aliment pulunu malla ödəmək qərarına gəlib. APA TV-nin məlumatına görə, bir ildən artıqdır 116 min rubl aliment pulunu ödəməyən azərbaycanlı iş adamı axtarışa verilib. Onun bir ildən artıqdır 7 yaşlı oğluna maliyyə yardımı göstərmədiyi müəyyənləşib. Rusiyaya qazanc ardınca gedən azərbaycanlının burada ailə qurduğu və sonradan yoldaşından ayrıldığına görə aliment ödəməyə məhkum edildiyi bildirilir. Məhkəmə pristavları aliment ödəməyən soydaşımızın bazarda meyvə-tərəvəz ticarəti ilə məşğul olduğunu müəyyənləşdiriblər. Məhkəmə alimenti ödəyənədək onun Rusiyanı tərk etməsinə qadağa qoyulması barədə qərar çıxarıb. Bir neçə gün sonra məhkəmə pristavlarının yanına gələn soydaşımız masanın üzərinə 237 cins şalvar qoyub. O bildirib ki, bu cinsləri aliment pulunu ödəmək üçün dostundan borc alıb. SİTAT - “Borcumu meyvə-tərəvəzlə ödəyə bilməzdim, çünki meyvə tez xarab olan məhsuldur və pristavlar da meyvəni aliment pulu əvəzinə qəbul etməzlər. Həm də mallarım da qurtarmaq üzrədir, təzə mal gətirmək üçün mütləq Azərbaycana getməliyəm”.
Məhkəmə pristavları aliment pulu əvəzi cins şalvarları götürməyə məcbur olublar. Şalvarların bir-bir qeydiyyata götürülməsi bir neçə gün vaxt aparıb. Şalvarlar qiymətləndirmə komissiyası tərəfindən dəyərləndirildikdən sonra hərraca çıxarılacaq, satışdan əldə olunan pul azərbaycanlının rus xanımına aliment əvəzi ödəniləcək.