Ucarda qoyunun bir dəfəyə 4 balası olub
Ucarda çox bala verməsi ilə tanınan "qırmızıbaş" qoyunun bu dəfə 4 balası olub.
Rayonun Ənvərməmmədxanlı kəndində yaşayan 68 yaşlı Nadir İbrahimov adlı fermerin təsərrüfatında məşhur qoyunu bu dəfə 4 sağlam bala verməklə hamını təcəcübləndirib. Fermerin APA TV-yə dediyinə görə, iki ildir ki, hər dəfə 3 bala verən qoyun bu il sahibinə ikiqat xeyir-bərəkət bəxş edib. Qoyun Qarabağ cinsindən olan kolkos növündəndir.
Gündəlik saxlanma və qidalanmasına gəldikdə isə balalar tövlədə saxlanılır, ana isə gündüz otlağa, gecə balalarının yanına gətirilir. Ana ot və arpa ilə, balalar isə hələ ki ana və inək südü ilə qidalanır.