Bakının mərkəzindəki körpü təmir olunur
Paytaxtın Mehdi Mehdizadə küçəsindəki yolun nəqliyyat hissəsində avtomobillərin hərəkəti məhdudlaşıb.
APA TV-nin məlumatına görə, buna səbəb fevralın 22-də beton qarışdıran maşının çırpılması nəticəsində bu küçədəki körpünün qəzalı vəziyyətə düşməsidir.
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova APA TV-yə açıqlamasında bildirib ki, bu gündən körpüdə əsaslı təmir işlərinə başlanıb. Bununla əlaqədar həmin ərazidə nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyət qoyulub.