Səudiyyə kralının ailəsinə hücum oldu: tutulanlar var
Malayziyada səfərdə olan Səudiyyə kralının ailəsinə hücum cəhdi olub. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, asayiş keşikçiləri təhlükənin qarşısını almağa müvəffəq olub.
Hadisəyə görə 7 nəfər saxlanılıb. Onların ikisinin İŞİD üzvü olduğu vurğulanır.
"Biz onları son anda zərərsizləşdirə bildik", - deyə Kuala-Lumpur polisindən məlumat verilib.
Xatırladaq ki, Səudiyyə kralının Malayziya və İndoneziyaya səfəri fevralın 26-dan başlayıb. Kral Salman bin-Abdel Əziz əl-Səudu 25 şahzadə müşayiət edir. Təhlükəsizlik tədbirləri üçün krallıqdan 500 mühafizəçi gətirilib. Onların baqajı 450 tondur.