"KamAZ" aşdı, sürücü ölümdən döndü
Kürdəmirdə xəsarətlə nəticələnən yol qəzası baş verib. APA TV-nın yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax yolunun Kürdəmir rayonundan keçən hissəsində, yolun 197-ci kilometrliyində qeydə alınıb.
Tovuz rayon sakini 1963-ci il təvəllüdlü Nofər Allahverdi oğlu Tağıyevin idarə etdiyi yüklə dolu qoşqulu "KamAZ " idarəetmədən çıxaraq yol kənarına aşıb. Nəticədə "KamAZ"ın sürücüsü N. Tağıyevin xəsarət alıb, maşın isə yararsız hala düşüb.
İlkin ehtimala görə, hadisəyə maşında yaranmış texniki nasazlıq səbəb olub . Faktla bağlı araşdırma aparılır.