Bakı-Sumqayıt yolunda dəhşətli qəza: 5 ölü, 17 yaralı
Abşeron rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, “Ford-Tranzit” markalı sərnişin mikroavtobusu yolun kənarındakı maneəyə çırpılıb.
Hadisə nəticəsində 5 nəfər ölüb, 17 nəfər yaralanıb. İki nəfər hadisə yerində, digərləri xəstəxanalarda keçinib.
Səhiyyə Nazirliyindən məlumat təsdiqlənib.
Ölənlərdən ikisi Sumqayıt Dövlət Universitetinin tələbəsidir. İbrahim Nəsibov və İbrahim Quliyev Fizika və elektroenergetika fakültəsinin 3-cü kursunda təhsil alıb.
Xəsarət alanlardan çoxunun vəziyyəti orta-ağır dərəcəlidir.
Yolda avtomobillərin sıxlığı yaranıb.
Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, Bakıdan Sumqayıta gedən mikroavtobusun sürücüsü yola çıxan piyadanı vurmamaq üçün manevr etmək istəyib, nəticədə mikroavtobus maneəyə çırpılıb.
Hadisə yerində yol polisi işləyir.