ABŞ Dövlət Departamenti: "YPG-ni dəstəkləməkdə davam edəcəyik"
ABŞ PKK terror təşkilatının Suriyada qanadı olan YPG-ni dəstəkləməkdə davam edəcək. Bu barədə ABŞ Dövlət Departamentinin sözcüsü Mark Toner keçirdiyi ənənəvi brifinqdə deyib.
Toner bildirib ki, Vaşinqton YPG-yə İŞİD-ə qarşı mübarizə çərçivəsində dəstək verir.
"YPG-ni Suriyanın şimalında olan Suriya Demokratik Gücləri daxilində uzun müddətdən bəri dəstəkləyirik. Bundan əvvəl də qeyd etdiyimiz kimi onlar İŞİD-ə qarşı mübarizədə çox böyük təsir malikdirlər. İndiyə kimi 6 min kilometr ərazini, 4 noyabrdan etibarən isə Rəqqa ətrafında 100-dən çox kəndi İŞİD terrorçularından azad etdilər"
Toner Türkiyənin YPG ilə bağlı mövqeyini bölüşmədiklərini deyib:
"PKK ilə YPG arasında əlaqə olduğuna dair fikirlərə hörmətlə etiraz edirik. Bu məsələni açıq şəkildə ifadə etməliyik - PKK bizim nəzərimizdə hələ də terror təşkilatıdır".
Departament sözçüsü PKK terror təşkilatının İraqın Sincar bölgəsində qalmasına qarşı olduqlarını deyib.