Samuxda müəmmalı intihar: 16 yaşlı qız özünü güllələdi
Samux rayonunda güllələnmə faktı qeydə alınıb.
APA TV-nin Qərb bürosunun verdiyi məlumata görə, Samux sakini, 16 yaşlı qız özünü güllələyib. O, hadisə yerində ölüb.
2001-ci il təvəllüdlü Ələkbərova Billu Elman qızı özünü ov tüfəngi ilə vurub.
Faktla bağlı Samux rayon Prokurorluğunda araşdırma aparılır.