Dolların sabaha olan məzənnəsi açıqlanıb
Azərbaycan Mərkəzi Bankı dolların martın 10-na olan rəsmi məzənnəsini açıqlayıb.
Azərbaycan Mərkəzi Bankından "APA-Economiks"-ə verilən məlumata görə, dolların rəsmi məzənnəsi 1,7437 səviyyəsində müəyyən olunub.
Qeyd edək ki, bu gün Azərbaycan Mərkəzi Bankında Dövlət Neft Fondunun da iştirakı ilə keçirilən hərracda manatın orta çəkili məzənnəsi 1,7431 səviyyəsində formalaşıb. Azərbaycan Mərkəzi Bankı bu gün üçün dolların məzənnəsini 1,7563 səviyyəsində müəyyən edib. Beləliklə, hərracda manat dollara nisbətən 0,75% bahalaşıb.