Astarada dəm qazı faciəsi: 35 yaşlı qadın öldü
Astarada 35 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb. APA TV-nın cənub bürosunun məlumatına görə, hadisə rayonun Barzubənd kəndində qeydə alınıb. Kənd sakini 35 yaşlı İlahə Həsənağa qızı Əmirova evin hamamında huşsuz halda aşkar edilib. Qadın dərhal Astara rayon mərkəzi xəstəxanasına aparılsa da, yolda dünyasını dəyişib. İlahə Əmirovanın meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə aparılıb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.