Xaçmazda ağır qəza: ölən var
Xudat şəhərində yol nəqliyyat hadisəsi qeydə alınıb.
APA TV-nİn Şimal bürosunun verdiyi məlumata görə, hadisə Xudat-Xaçmaz yolunun 2-ci şöbə adlanan hissəsində qeydə alınıb.
Xudat şəhər sakini Quliyev Məmmədağa Hüseynqulu oğlunun idarə etdiyi traktoru yolun kənarında dayan "VAZ 2106" markalı maşına çırpılıb. Qəza nəticəsində 2001-ci il təvəllüdlü Əmirov Alim Vahid oğlu ağır bədən xəsarətləri ilə Xudat Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Dünyasını dəyişən gəncin atası uzun müddət yol polisi işləyib.
Fakt araşdırılır.