Qaxda 35 yaşlı qadının meyiti çaydan tapıldı
Qaxda çaydan 35 yaşlı qadının meyiti tapılıb. Naməlum qadın meyiti rayonun Əlibəyli kəndinin inzibati ərazisindən axan çaydan aşkarlanıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində meyitin Mingəçevir şəhər sakini, 1982-ci il təvəllüdlü Gülnar Çingiz qızı İbrahimovaya məxsus olduğu müəyyən edilib.
Faktla bağlı Qax rayon prokurorluğunda araşdırma aparılır.