Bakıda məktəbli qız itkin düşdü
Bakı şəhəri 202 saylı məktəbin 11-ci sinfində oxuyan məktəbli qız itkin düşüb. Bu barədə Nərimanov rayon Polis İdarəsinə qızın valideynləri məlumat veriblər. Valideynlərin sözlərinə görə, dünən saat 14.00-da məktəbdən çıxan qız evə qayıtmayıb. Məktəbli qızın axtarışları hələlik səmərə verməyib.
Hazırda polis onun tapılması istiqamətində axtarışları davam etdirir.