Bakıda hava küləkli olacaq, bölgələrdə yağış yağacaq
Bakı və Abşeron yarımadasında martın 15-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bəzi yerlərdə arabir duman olacaq.
Şimal-qərb küləyi ilə gündüz cənub-şərq küləyi əvəz olunacaq.
ETSN-dən APA TV-yə verilən məlumata görə, havanın temperaturunun gecə 4-7, gündüz 10-15 dərəcə, Bakıda gecə 4-6, gündüz 13-15 dərəcəisti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacağı, gündüz qərb rayonlarında arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 4-9, gündüz 12-17 dərəcə, dağlarda gecə 0-5, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.