Moskvada AZƏRBAYCAN DİASPORUNUN RƏHBƏRLƏRİNDƏN BİRİ GÜLLƏLƏNDİ

Azərbaycanlı diaspor rəhbərini gülləyən qadın sərbəst buraxılıb

 

Moskvada Rusiya Miqrantlar Federasiyasının vitse-prezidenti Mais Qurbanova atəş açan qadın polis tərəfindən saxlanılıb. Adı açıqlanmayan 1989-cu il təvəllüdlü qadın noyabrın 12-də yerli vaxtla saat 20.00 radələrində Novokosinsk küçəsi, ev 28 ünvanında saxlanıldıqdan sonra başqa yerə getməmək haqqında iltizam alınaraq buraxılıb. APA TV-nin xəbərinə görə, fakt üzrə “xuliqanlıq” maddəsi ilə cinayət işi qaldırılıb.

 

Ümumrusiya Azərbaycan Konqresi Mais Qurbanovla bağlı vəziyyəti nəzarətə götürüb. Qurumun icraçı direktoru İlqar Hacıyev APA-ya Mais Qurbanovun milliyyətcə azərbaycanlı olduğunu, konqres əməkdaşları onunla görüşdüyünü deyib.

Mais Qurbanova travmatik silahdan atəş yaşadığı evin qarşısında açılıb. Güllə yarası alan ictimai fəal çoxlu qan itirsə də, sağ qalıb. Federasiyanın prezidenti Məhəmməd Əmin Məcumdər bildirib ki, Mais Qurbanov dəfələrlə təhdidlərlə üzləşib. Mais Qurbanovun özü isə bildirib ki, evinə gedərkən binanın yaxınlığında iki qız və iki oğlanın dayandığını görüb. Bundan sonra ona arxadan atəş açılıb.

 

Hadisə anının videogörüntüləri də yayılıb. Müşahidə kamerasının qeydə aldığı görüntülərdə Mais Qurbanov binanın alaqapısına yaxınlaşır. Bu vaxt arxadan bir qadın atəş açır. Qadın atəş açarkən heç nə deməyib. Güllə yarası alan Mais Qurbanov binanın yaxınlığındakı kafeyə qaçıb və kömək istəyib. Təcili yardım briqadası çağırılıb və Miqrasiya Federasiyasının vitse-prezidenti xəstəxanaya çatdırılıb. Mais Qurbanov əməliyyat olunub.

 

Mais Qurbanov deyib ki, iki il əvvəl oğluna da qarşı sui-qəsd olub. O vaxt hüquq-mühafizə orqanları faktla bağlı araşdırmalara başlamaqdan imtina edib. 

Müəllif | Apa.Tv