Sankt-Peterburqda kütləvi dava salan yeniyetmələr tutulub

Rusiyanın Sankt-Peterburq şəhərində noyabrın 4-də "Udelnaya" metro stansiyasında baş verən kütləvi davanın iştirakçıları həbs ediliblər. Saxlanılan bir neçə gənc polis şöbəsində artıq dindirilib. Sankt Peterburq Daxili İşlər İdarəsinin məlumatına görə, 16-19 yaşlı bir neçə gənc saxlanılıb və onların kütiləvi davadakı iştirak dərəcəsi araşdırılır.

 

APA TV-nin xəbərinə görə, noyabrın 4-də idman geyimində olan bir qrup gənc metroda "Hamı bir nəfər üçün, bir nəfər hamı üçün" qışqırıb və qeyri-slavyan görkəmli sərnişinlərə hücum edib. İnsident millətçilərin "Rus marşı" aksiyasından sonra baş verib.

 

Hüquq-mühafizə orqanları "Udelnaya" metro stansiyasında baş verənləri xuliqanlıq kimi qiymətləndirir.

 

Müəllif | Apa.Tv
Apa.tv