Avtomobil dayanacaqda dayanan piyadanı vurdu - FACİƏVİ ÖLÜM
Şirvanda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib . Şirvan sakini Zərbəliyev Zaur Zakir oğlu idarə etdiyi avtomobili dayanacağı çırpıb. Zərbənin təsirindən dayanacaq bütövlükdə yerindən qoparaq, kənara düşüb. Həmin vaxt dayanacaqda avtobus gözləyən Salyan rayonunun Yolüstü kənd sakini, 50 yaşlı Dadaşova Fəridə Xudamədət qızı ağır bədən xəsarətləri alıb.
Yaralı bir müddət hadisə yerində qalıb. Sonradan əraziyə gələn təcili tibbi yardım briqadkası onu xəstəxanaya çatırsa da, piyadanın həyatını xilas etmək mümkün olmayıb.
Hadisəni törədən sürücü hadisə yerindən qaçıb. Lakin o, hüquq-mühafizə orqanlarından çox gizlənə bilməyib və saxlanılaraq, istintaqa təhvil verilib.
Faktla bağlı araşdırmalar aparılır.