Həbsdən çıxdı, sinif yoldaşını bıçaqladı - ASTARADA CİNAYƏT
Astarada bir ay bundan əvvəl həbsdən azad olunan şəxs yenidən cinayət törədib. APA TV-nın Cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Şahağacı kəndində qeydə alınıb. Kənd sakini 1990-cı il təvəllüdlü Manafov Güləli Yusif oğlu həmkəndlisi Quliyev Şahmehdi Şöhrəddin oğlu tərəfindən bıçaqlanıb. Yaralı yaxınları tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, çoxlu qan itirdiyindən dərhal əməliyyata götürülüb. Cinayəti törətməkdə təqsirli bilinən şəxsin axtarışları davam edir. Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil. Qeyd edək ki, hər iki şəxs bir sinifdə oxuyublar, Şahmehdinin bir ay əvvəl cəzaçəkmə müəssisəsindən azadlığa buraxıldığını bildirilir.