Azərbaycan şirkətləri İtaliyada tikinti, tikiş sahələrinə necə cəlb edilir?

"İtaliyadan son on ildə Azərbaycana 47,9 milyon dollar sərmayə qoyulub. Bu müddətdə İtaliya tərəfindən Azərbaycana qeyri-neft sektoru üzrə 65,5 milyon dollar investisiya qoyulub".

APA TV-nin xəbərinə görə, Bakıda keçirilən Azərbaycan-İtaliya biznes forumunda Azərbaycanın iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov İtaliyanın Azərbaycanın ən böyük biznes tərəfdaşı olduğunu xatırlatdı. Nazir müavini deyir ki, 2012-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 5,8 milyard dollar, bu ilin yanvar-sentyabr ayları üzrə isə 4,6 milyard dollar təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10%-dən çoxdur. O, iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığa imkan yaradan 30-a yaxın sənədin imzalandığını bildirdi. Həmçinin Azərbaycanda 45 İtaliya şirkətinin fəaliyyət göstərdiyini vurğulandı.

İtaliyanın iqtisadi inkişaf nazirinin müavini Karlo Kalendan isə hesab edir ki, Azərbaycandan İtaliyaya neft-qaz ixracının çoxluğu ticarət dövriyyəsində balansı pozub. Onun sölərinə görə, Azərbaycan ilə İtaliya arasında ticarət münasibətləri yüksək templə inkişaf etsə də, iki ölkə arasında investisiya sahəsi üzrə bu nisbətən zəifdir: "Azərbaycan neft-qaz sektorundan başqa, ixrac etdiyi məhsullar İtaliyaya nisbətən azdır. Azərbaycan şirkətlərini İtaliyada tikinti, tikiş və digər sənaye sahələrinə cəlb etməkdə maraqlıyıq".

 

Forum çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyalarım Təşfiqi Fondu ilə İtaliya Müəssisələrinin Təşviqi və Beynəlmilləşdirilməsi Təşkilatı arasında əməkdaşlıq haqqında Memorandumu imzalandı.

 

Müəllif | Apa.Tv