Tovuzda 4 yaşlı uşaq nənəsinin dərmanlarını içərək zəhərlənib
Tovuzda 4 yaşlı uşaq dərmandan zəhərlənib. Rayonun Çeşməli kənd sakini, 2013-cü il təvəllüdlü Qarayev Faiq Samir oğlu dərman zəhərlənməsi əlaməti ilə Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib. Uşağın vəziyyətinin orta ağır olduğu bildirilir.
Məlumata görə, dörd yaşlı uşaq nənəsinin sakitləşdirici dərman preparatlarını qəbul etdiyinə görə zəhərlənib.