Dik Advokat “Fənərbaxça”dan gedir
“Fənərbaxça”nın baş məşqçisi Dik Advokat mövsümün sonunda komandanı tərk edəcək. Bunu hollandiyalı mütəxəssisin özü deyib. O, Superliqanın son turunda “Konyaspor”a 2:3 hesablı məğlubiyyətdən sonra qərarını açıqlayıb:
“Qərarımı verdim və klub rəhbərliyinə çatdırdım. Mövsümün sonunda burdan ayrılacam. Bu, yalnız “Fənərbaxça”dan ayrılmağım deyil. Məsləyimdə də son nöqtəni qoyacam”
69 yaşlı mütəxəssis mövsümün əvvəlindən “Fənərbaxça”nı çalışdırır.