Şimali Koreyadan yeni təhlükəli addım - NÖVBƏTİ RAKET SINAĞI
Şimali Koreya raket buraxılışı həyata keçirib.
APA TV-nin məlumatına görə, bu barədə “Kyodo” agentliyinə Yaponiya hökumətindəki mənbələrdən məlum olub.
Raketin ölkənin şərqindəki Vonsan şəhərindən buraxıldığı ehtimal edilir. Növü məlum olmayan raketin sınaq buraxılışı uğursuz olub.
Martın 19-da KXDR rəhbərliyi “Tonçhan-Ri” raket bazasında yeni nəsil raket mühərrikini, martın 7-də isə ABŞ və Yaponiya hərbi bazalarına zərbələrin endirilməsini sınaqdan keçirdiyini bəyan edib.