Suriyadan snayper atəşi açıldı, Türkiyə şəhid verdi
Suriya sərhədində türk sərhədçisi şəhid olub. APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hadisə Reyhanlı qəsəbəsində sərhəddə yerləşən postda qeydə alınıb.
Atəş nəticəsində Hüseyn Koroç adlı əsgər ağır yaralanıb. O, xəstəxanaya aparılsa da həyatını xilas etmək mümkün olmayıb.
Atəş nəticəsində Hüseyn Koroç adlı əsgər ağır yaralanıb. O, xəstəxanaya aparılsa da həyatını xilas etmək mümkün olmayıb.
Türk Silahlı Qüvvələri əsgərin PYD/YPG terrorçuları tərəfindən vurulduğunu açıqlayıb.