Sumqayıtda qadının əlindən çantasını alıb qaçan narkoman yaxalandı
Sumqayıt polisi narkotik vasitələrin qanunsuz dövriyyəsi maddəsi ilə əvvəllər məhkum olunmuş Abdullayev İlqar Mais oğlunu yaxalayıb. APA TV-nin xəbərinə görə, istintaqla müəyyən olunub ki, saxlanılan şəxs axşam saatlarında aptekə daxil olan qadını görüb onu təqib etməyə başlayıb. 9 mkr ərazisində ona yaxınlaşaraq cantasını alaraq qacıb. Əldə etdiyi pulları elə həmən gün narkotik vasitələrə verən Abdullayev ertəsi gün polis əməkdaşları tərəfindən həbs edilib.
Faktla bağlı cinayət işi acılıb, istintaq araşdırmaları davam edir.