Bərdədə ağır qəza: 2 nəfər öldü, 4 nəfər yaralandı
Bərdədə ağır yol qəzası baş verib. Hadisə rayonun Küçərli adlanan ərazisində qeydə alınıb. VAZ-2106 və “Mercedes ML” markalı avtomobillərin toqquşması nəticəsində VAZ-2106-da olan iki nəfər - Bərdə rayon Kətəlparaq kənd sakinləri, 20 yaşlı Kərimov Təbriz Nadir oğlu və 19 yaşlı Abdullayev Rahib Knyaz oğlü ölüb. Qəza nəticəsində 4 nəfər yaralanıb. Bunlar Bərdə rayonunun Kətəlparaq kənd sakini, 24 yaşlı Yəhyayev Orxan Rəhbər oğlu və Ağdam rayonunun Maqsudlu kənd sakinləri - 35 yaşlı Rəhimova Gülnar Sahib qızı, onun həyat yoldaşı 44 yaşlı Rəhimov Behbud Sahib Oğlu və onların övladı, 13 yaşlı Rəhimov Fərid Behbud oğludur.
Qəzanın səbəbləri araşdırılır.