Tovuzda 39 yaşlı qadın ziyanvericilər əleyhinə dərmandan zəhərləndi
Tovuz rayon sakini ziyanvericilər əleyhinə işlədilən zəhərdən zəhərlənib. APA TV-nin qərb bürosunun məlumatına görə, rayonun Xatınlı kənd sakini, 1978-ci il təvəllüdlü Hicran Məmmədova zəhərlənmə əlaməti ilə Tovuz rayon Mərkəzi xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib.
Məlumata görə, qadın ziyanvericilər əleyhinə zəhər qarışıqlı yemi sahəyə səpdikdən sonra zəhərlənib.