Moskva qarışdı: müxalifət küçələrə çıxdı, polislə qarşıdurma oldu
Moskvada müxalif "Tərəqqi" partiyasının üzvləri icazəsiz etiraz aksiyası keçirməyə cəhd edib.
APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, Moskva icra hakimiyyəti ilə razılaşdırılmamış mitinq keçirməyə cəhd edən 500-dək müxalif saxlanılıb və polis idarəsinə aparılıb.
Saxlanılanlardan bibər qazlı balonlar, travmatik tapançalar və patronlar aşkar edilərək götürülüb.
Müxalifət lideri Aleksey Navalnı isə kütlənin toplandığı meydana gələrkən saxlanılıb.
Xatırladaq ki, qeydiyyatı ləğv olunan "Tərəqqi" partiyası martın 26-da Moskvanın mərkəzində yürüş və mitinq keçirməyi planlaşdırırdı.