Moskvadan sonra Sankt-Peterburqda iğtişaşlar başladı: saxlanılanlar var
Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən etiraz aksiyası zamanı 131 nəfər saxlanılıb.
APA TV-nin Rusiya mətbuatına istinadən məlmatına görə, icra hakimiyyəti ilə razılaşdırılmamış mitinq keçirməyə cəhd edən 131 nəfər tutularaq polis idarəsinə aparılıb.
Müxalifətin təşkil etdiyi aksiyada 3 minədək insan iştirak edib.
Qeyd edək ki, bu gün Moskvada müxalif "Tərəqqi" partiyasının üzvləri icazəsiz etiraz aksiyası keçirməyə cəhd ediblər. Nəticədə 500 etirazçı saxlanılıb, 1 polis əməkdaşının yaralandığı bildirilir.