Masallıda "Mercedes"lə "Jiquli toqquşdu: 1 ölü, 1 yaralı
Masallıda ölümlə nəticələnən yol qəzası baş verib.
APA TV-nin Cənub bürosunun verdiyi xəbərə görə, hadisə Ələt-Astara magistralının Təzə Alvadı kəndindən keçən hissəsində qeydə alınıb.
Cəlilabad rayonu Göytəpə şəhər sakini, 36 yaşlı Mirqoşqar Mürsəlovun idarə etdiyi “VAZ 21011” markalı avtomobillə Masallı rayonu Seybətin kənd sakini, 37 yaşlı Rəhim İsmayılovun idarə etdiyi “Mercedes” markalı minik avtomaşını toqquşub. Nəticədə "VAZ"ın sürücüsü Mirqoşqar Mürsəlov hadisə yerində dünyasını dəyişib. Rəhim İsmayılov ağır vəziyyətdə Masallı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu deyilir.
Faktla bağlı araşdırma aparılır.