Doktorantura və dissertanturaya qəbul planı açıqlandı!

Təhsil Nazirliyi nazirlik sisteminə daxil olan ali təhsil və elmi tədqiqat müəssisələrində doktorantura və dissertanturaya aparılacaq qəbul planının sayını açıqlayıb. Nazirlikdən APA TV-yə verilən məlumata görə, hökumətə təqdim edilən qəbul planı dəyişməyib və Nazirlər Kabineti tərəfindən olduğu kimi təsdiqlənib. Doktorantura və dissertanturaya qəbul planı bütün ali məktəblərə göndəriləcək. Sənəd qəbulunun və imtahanların vaxtı hər bir ali məktəbin özü tərəfindən müəyyən ediləcək və bununla bağlı elan veriləcək. Nazirlik tərəfindən son müddət müəyyənləşdirilib ki, doktorantura və dissertanturaya qəbul prosesi yanvarın 15-dək yekunlaşsın və bununla bağlı nazirliyə müvafiq hesabat təqdim edilsin.
Ümumilikdə isə 2013-cü il üçün doktorant və dissertant hazırlığı üzrə Təhsil Nazirliyi sisteminə daxil olan ali təhsil və elmi tədqiqat müəssisələrində 900-dən çox plan yeri ayrılıb.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova