Yaponiyada qar uçqunu: 8 nəfər öldü, 37 yaralı var
Yaponiyanın Nasu şəhərində qar uçqunu olub. APA TV-nin "Euronews"a istinadən məlumatına görə, ən azı 8 nəfərin öldüyü deyilir.
37 nəfər isə xəsarət alıb. Onlardan 2-si ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Nasu şəhəri Tokiodan 120 km aralıda yerləşir. Uçqun zamanı təhlükəli ərazidə 52 şagirdin və 11 müəllimin olduğu deyilir. Onların hamısı dağa dırmanma üzrə təlim iştirakçılarıdır.