"ASAN” Xidmət Ağdaş və Göyçayda

Səyyar "ASAN” Xidmət Mərkəzi bu dəfə Ağdaş və Göyçay rayonlarında olub.  Mərkəzdən APA TV-yə verilən məlumata görə, noyabrın 22-dək davam edəcək xidmətdən iki rayonun 210 mindən çox sakini yararlana biləcək.

 

Vətəndaşlara səyyar şəkildə göstərilən xidmətlərə Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur. Bu günədək səyyar “ASAN xidmət” 19 məntəqədə 34 rayonun sakinlərinə müvafiq dövlət orqanlarının xidmətləri göstərilib. Ümumilikdə isə 22 məntəqədə 41 rayonun sakininə səyyar “ASAN xidmət”in göstərilməsi planlaşdırılır.

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov